A-Group Mobile Concierge
Həkim axtarırsız?
FAQ

 

Həkimə müraciət proseduru necədir?

Həkimə müraciət etmək üçün, sığorta şirkəti ilə əlaqə saxlayıb, səhhətinizdə olan şikayətlər əsasında Sizi həkim qəbuluna yazacağıq. Müraciət  üçün bir neçə üsul var:

  • Bizim mobil tətbiqetməmizi telefona yükləmək və elektron müraciəti doldurmaq (şikayətlər, mütəxəssis seçimi, klinika və müayinə vaxtının seçimi)
  • Bizim internet saytımızda elektron müraciəti doldurmaq
  • Sığorta kartınızda olan nömrələrə zəng vurmaq

Təcili yardım briqadasını necə çağırmaq olar?

Təcili yardım briqadasını çağırmaq üçün Siz:

  • Mobil tətbiqetmədən istifadə edərək SOS düyməsini basaraq təcili yardım çağıra bilərsiniz
  • Sığorta kartınızda göstərilən nömrələrə zəng edə bilərsiniz
  • Bilavasitə MediClub kilnikasına zəng edə bilərsiniz (497 09 11)

 

Subpodratçı klinikalar və apteklərin siyahısını harda əldə etmək olar?

  • Mobil tətbiqetmədə (hal hazırda olduğunuz yeri nəzərə alaraq, naviqator Sizə xəritədə ən yaxın klinika və apteki göstərəcək)
  • Bizim internet saytımızda, bu linkdə

 

Həkim tərəfindən göndəriş olmadan tibbi müayinədən keçə bilərəm mi?

Əgər Sizin sığorta planınızda profilaktik tibbi müayinələr (check-up) nəzərdə tutulubsa, Siz, sığorta planında göstərilən müayinələrdən keçə bilərsiniz, qalan hallarda, yalnız müalicə həkimi, hərtərəfli müayinədən sonra hər hansı əlavə (laborator, instrumental)  müayinələri məsləhət görə bilər

 

Sığorta şirkəti ilə əlaqə saxlamaq mümkün deyilsə nə etmək lazımdır

  • Mobil tətbiqetmə və ya internet sayt vasitəsi ilə göndəriş yarada bilərsiniz
  • Müraciətiniz təcilidirsə, Siz mobil tətbiqetmədə SOS düyməsini basaraq təcili yardım çağıra bilərsiniz

 

Sığorta şirkətinin Bakı şəhərindən kənarda subkontraktor klinikaları varmı?

Bəli, sığorta şirkəti Azərbaycan regionlarında bir çox özəl klinikalar ilə çalışır. Onların siyahısı həmçinin bizim internet saytımızda və mobil tətdiqetmədə göstərilmişdir.

 

 

Geriödəniş almaq üçün hansı sənədlər təqdim olunmalıdır?

  • Maliyyə sənədləri (mədaxil qəbzləri, kassa qəbzləri, bankdan çıxarış).
  • Tibbi sənədlər (tibbi ambulator kart, keçirilən müayinələrin cavabları, epikriz və s.).
  • bank rekvizitləri
  • şəxsiyyət vəsiqəsinin surəti

 

Qeyri subkontraktor klinikaların həkimlərinin təyinatlarını sığorta şirkəti ödənişə qəbul edəcək mi?

  • Sığorta planında Qeyri subkontraktor klinikalarında müalicə bəndi varsa- Bəli
  • Sığorta müqaviləsində belə bənd yoxdursa,- Xeyir

 

MediClub klinikasından başqa klinikalara müarciət etmək olarmı?

Bəli, bizim siyahıda 60-dan çox klinika var, xəstə özü klinika seçimi edir, siyahı həm mobil tətbiqetmədə, həm də ki internet saytımızda var (link)

 

Hansı doğum evləri ilə əməkdaşləq edirsiniz?

Bizim siyahıda ən tanınmış doğum evləri var, siyahı həm mobil tətbiqetmədə, həm də ki internet saytımızda var (link)

 

Hansı hallarda sığorta şirkəti vitaminləri ödəyir, hansılarda yox?

Həkim tərəfindən təyin edilmiş vitaminlər, əsas müalicənin tərkib hissəsidirsə, sığorta şirkəti tərəfindən ödənişə qəbul edilir. İstisnalar siyahısında müvafiq bənd yoxdursa

 

Dövlət qeydiyyatı olmayan dərman preparatları apteklərdə azad satılırsa, sığorta şirkəti tərəfindən ödənişə qəbul edilirmi?

Azərbaycan qanunvericiliyinə əsasən, Sığorta Şirkəti dövlət qeydiyyatı olmayan dərman preparatlarını, həkim tərəfindən yazılmasına və apteklərdə azad satışda olmasına baxmayaraq, ödənişə qəbul edə bilməz

 

A-Qroup-dan mobil tətbiqetməni necə yükləmək olar

A-group mobile concierge tətbiqetməsini aşağıda göstərilən link vasitərsi ilə yükləmək olar

playmarket

appstore 

 

Müsabiqədə iştirak etmək üçün mobil tətbiqtəmədə pedometer funksiyanını necə aktivləşdirmək olar?

A-Qroup-un Sığortalıları «A-Qroup Mobile Сoncierge» mobil tətbiqini yükləyib, qeydiyyatdan keçib və «Pedometr» funksiyasını seçməlidirlər. Bunu etdikdən sonra Siz neçə addım atdığınızı və yürüyüşünüzün nə qədər xeyirli olduğunu mobil tətbiqinizdən biləcəksiniz. Müsabiqədə iştirak etmək üçün «A-Qroup Mobile Concierge» mobil tədbiqini yeniləməyi məsləhət görürük. Android ƏS telefonlarda “Pedometr” funksiyasından istifadə edə bilməyiniz üçün “geolokasiyanı” aktiv etmək və mobil tədbiqin təklif etdiyi “google fit” programını yükləmək lazımdır. iPhone ƏS üçün həmçinin geolokasiyanı aktiv etmək və mobil tədbiqə“Məxfilik/ Sağlamlıq/addımlar”funksiyasını görməyi icazə vermək lazımdır.