AZE | ENG | RUS
 
 
 
30.01.2012
A-Qroup Sığorta Şirkətinin web-saytında ipoteka polislərinin on-line sifarişi və ödənişi tətbiq olunub
09.09.2011
Artıq fiziki şəxslər də A-Qroup Sığorta Şirkətinin tibbi sığorta polisini əldə edə bilərlər
18.07.2011
A-QROUP Sığorta Şirkəti tərəfindən 2011-ci ilin 1-ci yarımilliyi ərzində əmlak sığortası üzrə toplanmış mükafatların həcmi 400% artmışdır
02.05.2011
A-Qroup sığorta şirkətində 2011-ci ilin 1 rübün nəticələri hesablandı
 
 





 
 

ŞİRKƏT HAQQINDA

      A-GROUP Sığorta şirkəti 1995 ildən sığorta bazarında fəaliyyət göstərir və demək olar ki, onun yarandığı ilk gündən etibarən və bugünkü gündə də biz Azərbaycanda sığorta sahəsinin aparıcı liderlərindən biri olduğumuzu qürurla təsdiq edirik

      Maliyyə stabilliyinin və nüfuzunun yüksək standartlara uyğun olması A-GROUP Sığorta şirkətini digərlərindən müsbət mənada fərqləndirir. Son illərdə müşahidə olunan xüsusi vəsait və sığorta daxil olmalarının artması şirkətin maliyyə dayanıqlığı və etibarına dəlalət edir.

      Öz sıralarında məsləyini mükəmməl bilən əsl professional heyəti birləşdirən Sığorta şirkəti artıq neçə illərdir ki, tibbi sığorta üzrə şəksiz liderliyi əldə saxlayır. Sığorta şirkətinin qürur duyduğu göstəricilərdən biri də nüfuzlu beynəlxalq və yerli şirkətlərin daxil olduğu müştəri siyahısıdır.

      İllər ərzində formalaşmış saf işgüzar nüfuzuna böyük dəyər verən Sığorta şirkəti, öz vəzifə borclarının yüksək səviyyədə yerinə yetirilməsinə çalışır. A-GROUP, yeni sığorta növlərinə yiyələnmək və onları inkişaf etdirmək, həmçinin əməkdaşlarının ixtisas səviyyəsini artırmaq sahəsində fəaliyyətini durmadan təkmilləşdirir.

      Yeni sığorta proqramlarının hazırlanmasında mütləq müştərilərimizin irad və istəkləri, marketinq tədqiqatlarının nəticələri və mütəxəssislərimizin çoxillik təcrübəsi nəzərə alınır.

      A-GROUP sığorta şəhadətnaməsinin sahibi hər zaman yüksək standartlarına uyğun fərdi xidmətlər əldə edə biləcəyindən əmin ola bilər. A-GROUP öz müştərilərinə yüksək dəyər verir və onların etibarını qoruyub saxlamaq ən ümdə məqsədimizdir. A-GROUP hər yeni başlanan günü öz dəyərli müştərilərinə ithaf edir!











 
 




A-Group Residence, 172 L.Tolstoy Str., AZ1000 Baku, tel/fax: (+99412) 498 56 51, e-mail: insurance@a-group.az
Site by:  Flexible Solutions