 |
|
 |
| |
AVTOMOBİL SIĞORTASI
Avtonəqliyyat sahiblərindən heç biri avtomobilini gözləyən hər gün üzləşdiyi çox saylı riskləri qabaqcadan hiss edib, qarşısını ala bilməz. YNH, avtomobilin qaçırılması, qabaq şüşədə əmələ gələn çat, faraların sınması.... bütün bunlar Sizin avtomobilinizlə baş verə bilən arzu olunmaz halların kiçik bir hissəsidir.
Bununla əlaqədar, A-GROUP sığorta şirkəti Sizin nəzərinizə müştərinin maliyyə maraqlarına sığorta təminatı verən və aşağıdakı sığorta növlərindən ibarət olan nəqliyyat vasitələrinin kompleks sığortalanması proqramını təklif edir:
- Kasko Sığortası
Bu sığorta növünün obyekti nəqliyyat vasitələridir.
A-Group aşağıdakı hallarda sığortalanmış avtomobilin və ya onun ayrı-ayrı detallarının, hissələrinin zədələnməsi, tam məhvi və ya itkisi nəticəsində yaranmış ziyanı ödəməyə təminat verir:
Qəza (toqquşma, qarşılaşma zədəsi, çevrilmə, yuvarlanma );
Yanğın, öz-özünə alışma;
Şüşələrin sınması;
Təbii fəlakətlər;
Nəqliyyat vasitəsinin qaçırılması, qaçırılma vaxtı baş verən zədələr və üçüncü şəxslərin digər qeyri qanuni hərəkətləri;
Daşların, əşyaların, uçan aparatların düşməsi və digər bədbəxt hadisələr.
Həmin sığorta növünə digər əlavə xidmətlər də daxildir, o cümlədən:
Avtomobilin YNH yerindən pulsuz təxliyəsi;
Dəymiş ziyanın məbləğinin müəyyən edilməsi;
Ehtiyat hissələrlə təmin edilməsinin təşkili;
Qısa müddətdə avtomobilin bərpası;
- Sürücünün və sərnişinlərin bədbəxt hadisələrdən sığortası
Bu sığorta növünə sığorta hadisəsi zamanı sürücünün və sərnişinlərin həyatına, sağlamlığına vurula bilən ziyanın ödənilməsi daxildir. Sığorta obyekti olaraq sığorta hadisəsi zamanı sığortalanmış nəqliyyat vasitəsində olan şəxslərin həyatı və sağlamlığı qəbul olunur. Göstərilən sığorta növünün şərtlərinə görə ödəniş tibbi xərclər üzrə edilir.
- Üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası
Bu sığorta növünün obyekti Sığortalının nəqliyyat vasitəsindən istifadə etdiyi zaman, üçüncü şəxslərin həyatına, səhhətinə və əmlakına vurduğu ziyana görə məsuliyyətidir.
Bu sığorta növünün şərtlərinə görə aşağıdakılar ödənilir:
əmlakın məhvi və ya zədələnməsi nəticəsində vurulmuş birbaşa həqiqi ziyan;
üçüncü şəxslərin həyat və səhhətinə vurulmuş zərərin gətirdiyi ziyan;
tibbi xərclər;
Yola çıxanda bizi də götürün!
A-Group sığorta şirkətinin təklif etdiyi nəqliyyat vasitəsinin sığortasına aşağıdakı əlavə xidmətlər daxildir: pulsuz evakuasiya, YNH yerinə tibbi yardım məqsədi ilə MediCLub klinikasının ambulansının göndərilməsi, pulsuz ilk yardım qutusu, sürücünün 5000 ABŞ dolları limitində sığortası.
Sizin avtomobilin məsuliyyətini biz öz üzərimizə götürürük!
| |
 |
|
 |