| |
ƏMLAK SIĞORTASI
A-GROUP Sığorta şirkəti fərdi şəxslərin və təşkilatların əmlakının etibarlı sığortasını təklif edir.
Ətrafımızda real təhlükələr mövcuddur və ağlınıza gəlməyən anda, gözlənilmədən bunlar baş verir. Təzəcə təmir olunmuş mənzili yuxarıda yaşayan diqqətsiz qonşu suya basa bilər; ccinayətkarlar mənzildə və ya bağ evində olan əmlakı oğurlaya və xarab edə bilərlər; söndürülməmiş siqaret yanğın törədə bilər; elektrik naqillərində ən adi qısa qapanma və ya buxarıdan sıçramış qığlıcım nəticəsində bağ evi şam kimi yana bilər; evinizdə təmir işləri aparan zaman Siz təsadüfən qonşunun əmlakına ziyan vura bilərsiniz. Bunlar mümkün təhlükələrin yalnızca bir qismidir.
İstənilən müəssisə – istər sənaye və ya ticarət şirkəti əmlaka malikdir. Onların nə dərəcədə etibarlı mühafizə olunması heç ağlımıza gəlibmi?
İstənilən halda, mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, heç birimiz əmlakın tamamilə və qismən məhvinə səbəb ola biləcək faciəli hadisələrin yaranmasına gətirib çıxaran acı təsadüflərin qarşısını ala bilmək imkanına malik deyilik.
Yalnız sığorta maliyyə maraqlarınızın gerçək mühafizəsini təmin edə bilər, Sizi gözlənilməz xərclərdən qoruyar.
«19 AZN = 100.000 AZN» - A-Qroup-dan əmlak sığortası
«19 AZN = 100.000 AZN» - A-Qroup-dan əmlak sığortası
Partlayışlar, yanğınlar, zəlzələlər... Hadisələr xronikasını oxuyanda ürəyimizdə bu hadisələrin bizim başımıza gəlməyəcəyinə ümid edirik. Lakin bədbəxtlik qapını döyəndə, köməyə, dayağa və təbii ki maddi köməyə ehtiyac duyulur.
“A-Qroup Sığorta Şirkəti” ASC fiziki şəxslərin əmlak sığortası üzrə öz yeni məhsulunu təqdim etdi.
Hazırkı məhsul əhalinin geniş hissəsi üçün nəzərdə tutulub (müxtəlif gəliri olan insanlar).
Proqramın üstünlüklərinin daha biri: fərdi elektron sağlamlıq kartının (sağlamlıq vəziyyəti haqqında informasiya daşıyıcısı) əldə edilməsi.
Çox hallarda unikaldır. Üstünlüklərindən sadəcə bir neçəsini sadalayaq:
- aşağı sığorta haqqı məbləği;
- əmlaka qabaqcadan baxış keçirmədən sığortalanır;
- müştərilərdə illik sığorta haqqının aylara bölmək və hər ay ödəmək imkanı yarandı.
Sığorta haqqı ayda cəmi 19 AZN təşkil edir, sığorta təminatı 100 000 AZN. Əmlakınızın sığorta polisini əldə etmək çox asandır: A-Qroup Sığorta şirkətinin ofisində (10 dəqiqə ərzində hazırlanıb təqdim olunur) və yaxud da telefon vasitəsilə sifariş edərək, A-Qroup Sığorta Şirkətinin mütəxəssisi gəlib yerindəcə polisi hazırlayaraq sizə təqdim edəcək.
Xatırlatmaq istərdik ki, A-Qroup Sığorta Şirkət 3 icbari və 14 könüllü sığorta növü üzrə xidmət göstərir.
Nəyi sığortalamaq olar?
- tikililər (bağ evləri, kotteclər və s.)
- mənzillər (daxili işləri nəzərə alaraq və almayaraq)
- daxili işləmə və otaq avadanlığı
- daşınan əmlakı (mebel; audio-, video-, məişət texnikası və s.)
- binadan istifadə zamanı üçüncü şəxslər qarşısında mülki məsuliyyət
- sənaye və kommersiya müəssisələri
A-GROUP Sığorta şirkətinin sığorta şəhadətnaməsi Sizin maliyyə maraqlarınızı aşağıdakı hallarda qoruya bilər:
- Yanğın, qaz partlayışı, ildırım vurması
- Su şəbəkələrindən axan sudan zərər
- Oğurluq, qarət
- Su altında qalma
- Zəlzələ
- Təbii fəlakətlər (fırtına, qasırğa, tufan, su basması, vulkan püskürməsi, dağ uçqunu, dolu və ya leysan )
- Qaz anbarlarının, qaz borularının, maşın və aparatlarının partlayışı
- Pəncərə şüşələrinin, güzgülərin və vitrinlərin sınması
- İdarə olunan uçan obyektlərin və onların qırıqlarının yerə düşməsi
- Üçüncü şəxslərin cinayət əməlləri
A-GROUP Sığorta şirkəti aşağıdakıları təmin edir:
- Kompleks sığorta mühafizəsini
- Etibarlı şirkətlərdə risklərin təkrarsığortalanması
- Operativ xidmət
- Şərtlər dəyişildikdə, Sığortalının maraqlarının nəzərə alınması
A-GROUP Sığorta şirkəti ilə əməkdaşlıq aşağıdakılara zəmanətdir:
- Vurulan gerçək zərərin həcmində ziyanın tam dəyərinin vaxtlı vaxtında ödənilməsi;
- Sığorta sahəsində məsələlər üzrə mütəxəssislərin pulsuz məsləhətləri
- Əmlakın bərpası üçün təmir və tikinti təşkilatlarının seçimi
- Ziyanlar baş verdikdə, hüquqi dəstək
- Sığorta məqsədləri üçün obyektlərin pulsuz qiymətləndirilməsi
- Hər müştəriyə fərdi yanaşma
Əmlakınızı sığortalamağın əsl vaxtıdır!
| |