AZE | ENG | RUS
 
 
  07.05.2012
A-Qroup Sığorta şirkətinin nizamnamə kapitalı 62% artıb.
30.01.2012
A-Qroup Sığorta Şirkətinin web-saytında ipoteka polislərinin on-line sifarişi və ödənişi tətbiq olunub
09.09.2011
Artıq fiziki şəxslər də A-Qroup Sığorta Şirkətinin tibbi sığorta polisini əldə edə bilərlər
18.07.2011
A-QROUP Sığorta Şirkəti tərəfindən 2011-ci ilin 1-ci yarımilliyi ərzində əmlak sığortası üzrə toplanmış mükafatların həcmi 400% artmışdır
 
 





 
 

TIBBI SIĞORTA

Bu günümüzdə əməkdaşların tibbi sığorta ilə təmin edilməsi müvəffəqiyyətlə inkişaf edən müəssisənin imicinin əsas tərkib hissələrindən birinə çevrilmişdir. Əməkdaşların sağlamlığına göstərilən qayğı ilə yanaşı, tibbi sığortanın təmin edilməsi, həmçinin kadrlar böhranı şəraitində onların qeyri maddi cəhətdən maraqlandırılmasına zəmin yaradır. Belə qayğının məntiqi nəticəsi kimi xəstələnmə hallarının azalması, əmək məhsuldarlığının artması və çalışdığı şirkətə loyal münasibətin formalaşması kimi müsbət göstəricilər əldə edilir. Bütün bu faktorlar kompleksi Azərbaycanda könülü tibbi sığorta bazarının inkişafına təminat verdi və bu bazarın uzun illər boyu şəksiz liderliyini A-GROUP Sığorta şirkəti əldə saxlayır.


SAĞLAMLIĞINIZI MƏHZ A-GROUP-da SIĞORTALAMAĞA ƏSAS VERƏN 10 SƏBƏB

A-GROUP şirkəti Azərbaycan Respublikasında və onun sərhədlərindən kənarda ən yaxşı klinikaların, habelə bütün səhiyyə sahələri üzrə aparıcı ekspert və mütəxəssislərin daxil olduğu xüsusi tibbi xidmət sistemini yaratmışdır. Bununla yanaşı A-GROUP Sığorta şirkəti MediClub klinikasının xidmətlərindən eksklyuziv istifadə hüququna malik olduğu üçün bütün Azərbaycan ərazisində tibbi xidmət təşkil etmək imkanı əldə edir və bu da bizi digər sığorta şirkətlərində müsbət mənada fərqləndirir, A-GROUP sığortalılarla sıx əlaqədə işləyərək, tibbi xərcləri ödəməklə yanaşı, həmçinin bu xidmətlərin təşkilini də (mütəxəssisin, klinikanın seçimi, məsləhətlərin təyin olunması və s.) öz üzərinə götürür.


24 saat ərzində fəaliyyət göstərən Assistance Xidməti sığortalıların ixtiyarındadır (çoxkanallı qaynar xətt 4 988 669)
, bu xidmətə tibbi xidmətlərin təşkil olunmasını tənzimləyən həkimlər fəaliyyət göstərir. Assistance Xidməti ilə əlaqə Sizin problemlərinizin həllinə səbəb olacaq və həm bir sualınızı cavabsız qoymayacaq. Bu xidmətin əməkdaşlarının müxtəlif tibb sahələrində tanınmış və təcrübəli mütəxəssislərlə operativ əlaqə saxlamaq imkanı olduğu üçün, onlar, günün istənilən saatında həkimlərlə məsləhətləşərək Sığortalıların suallarına cavab vermək, məsləhətləri təşkil etmək, Azərbaycanın istənilən nöqtəsində təcili tibbi yardım təşkil etmək iqtidarındadırlar.

A-GROUP həmçinin göstərilən tibbi xidmətlərin keyfiyyətinə diqqətlə nəzarət edir.

Tibbi sığorta departamentinə bu sığorta növü üzrə mütəxəssislər və eləcə də, 15 yüksək ixtisaslı tibbi ekspertlər daxildir.

Departamentin heyəti tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyət və effektivliyinə ciddi nəzarət yolu ilə Sığortalıların maraqlarının müdafiə edir.

A-GROUP simasında Sığortalılar etibarlı vəkil əldə etmiş olur.

Podratçı klinikaların siyahısı


A-GROUP İnformasiya sistemi



Hər bir A-GROUP şəhadətnaməsi unikaldır. Hər bir şirkət üçün müştərinin fəaliyyət xüsusiyyətlərinin, onun tələbatlarının, arzularının və büdcə imkanlarının nəzərə alınması ilə fərdi proqram hazırlanır. Müştəri aşağıda göstərilən xidmətlər kompleksindən istifadə edərək, ona uyğun tibbi sığorta planını tərtib edə bilər:
  1. təcili yardım
  2. ambulator yardım
  3. stasionar yardım
  4. stomatoloji yardım
  5. dərman təminatı
  6. vaksinasiya və vitaminizasiya
  7. tibbi evakuasiya
  8. hamiləliyin təqibi
  9. xaricdə müalicə

Bunun üçün xüsusi anket formasını doldurub A-GROUP Sığorta şirkətinə göndərmək kifayətdir.

Məşhur beynəlxalq və yerli şirkətləri, səfirlikləri və bankları təmsil edən 15 000 sığortalı artıq bizi seçib.

Sağlamlığınızın qayğısına qalmaq diləyi ilə!

 
 




A-Group Residence, 172 L.Tolstoy Str., AZ1000 Baku, tel/fax: (+99412) 498 56 51, e-mail: insurance@a-group.az
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 30 iyul 2010-cu il tarixli, 000341 saylı lisenziya Site by:  Flexible Solutions