A-Qroup Sığorta Şirkətinin web-saytında ipoteka polislərinin on-line sifarişi və ödənişi tətbiq olunub
A-Qroup Sığorta Şirkətinin rəsmi veb-saytında www.a-group.az ipoteka polislərinin on-line safariş və ödənilməsi imkanı yarandı. Bunun üçün anketi doldurmaq və tələb olunan məlumatı daxil etmək lazımdır. Müştəri hal hazırda ipoteka sığortası şəhadətnaməsini evinə və yaxud iş yerinə çatdırılmasını sifariş etməklə yanaşı, həmçinin dərhal ödənişi on-line həyata keçirə bilər. Bunun üçün istənilən VISA, MasterCard və Maestro plastik kartlarından istifadə etmək olar. Qeyd edək ki, on-line ödəmə menyusundan həmçinin səyahət, nəqliyyat, əmlak və Şirkətimizin xidmət göstərdiyi digər sığorta növləri üzrə on-line ödənişlər həyata keçirmək olar.
A-Qroup Sığorta Şirkəti 1995-ci ildə təsis edilmişdir. Hal-hazırda şirkət 15 könüllü sığorta növü üzrə xidmət göstərir. Sığorta Şirkəti İSO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq etmişdir. A-Qroup Korporativ idarəetmə layihəsinın mükəmməlləşdirilməsi üzrə ikinci pilot proqramı çərçivəsində Beynelxalq Maliyya Korporasiyası tərəfindən seçilmiş yeganə sığorta şirkətidir.
09.09.2011
Artıq fiziki şəxslər də A-Qroup Sığorta Şirkətinin tibbi sığorta polisini əldə edə bilərlər
A-Qroup Sığorta Şirkəti yeni “Refund” adlı fiziki şəxslərin tibbi sığorta polisini təqdim edir. Onun ən mühüm fərqi münasibliyində və sığorta proqramının Sığortalının istəkləri nəzərə alınmaqla hazırlanmasıdır.
Məlum olduğu kimi, könüllü tibbi sığorta bazarı əsasən korporativ seqmentə təqdim edilmişdi. Artıq fiziki şəxslər da öz səhhətlərini sığortalaya bilərlər.
“Refund” polisi 15 000 AZN məbləğində tibbi təminat nəzərdə tutur və təcili tibbi yardım,
ambulator-polikliniki müayinə, stasionar müalicə, planlı və təcili stomatoloji yardım, təcili vaksinasiya, dərmanların haqlarının geriödəniş sistemi ilə ödənilməsi və 24 saat xidmətinizdə olan assistance xidməti.
Tibbi sığorta bazarının lideri olan, 16 ildən artıq təcrübəsi olan A Qroup Sığorta Şirkəti sığortalılarına həmişə yüksək standartlara cavab verən xidmət göstərir və individual yanaşır.
18.07.2011
A-QROUP Sığorta Şirkəti tərəfindən 2011-ci ilin 1-ci yarımilliyi ərzində əmlak sığortası üzrə toplanmış mükafatların həcmi 400% artmışdır
2011-ci ilin iki rübü ərzində aparılmış iş nəticəsində Sığorta şirkəti 5 616 878 AZN məbləğində sığorta mükafatı toplamışdır, bu da öz növbəsində keçən 2010 ilin müvafiq dövrünün göstəricilərindən 10% çoxdur.
Ümumi sığorta növləri üzrə nəzərə çarpacaq qədər artım əldə edilmişdir. Beləliklə, əmlak sığortası üzrə sığorta mükafatlarının həcmi 400% artmışdır. Eyni zamanda avtonəqliyyat sığortası və ipoteka sığortası üzrə də nəzərə çarpacaq dərəcədə artım əldə edilmişdir.
6 ay ərzində A-QROUP Sığorta Şirkəti 12 583 sığorta müqaviləsi bağlamışdır.
2011-cu ilin 2 rübü üzrə sığorta ödənişlərinin həcmi 2 677 976 AZN təşkil etmişdir.
A-QROUP Sığorta Şirkəti 1995-ci ildə təsis edilmişdir. Hal-hazırda şirkət 3 icbari və 15 könüllü sığorta növləri üzrə xidmət göstərir. Ənənəvi olaraq, daxil olan sığorta haqlarının əsas hissəsi könüllü tibbi sığortası üzrədir.
02.05.2011
A-Qroup sığorta şirkətində 2011-ci ilin 1 rübün nəticələri hesablandı
1 rübün nəticələrinə görə, A-Qroup Sığorta Şirkətinin sığorta mükafatlarının ümumi həcmi 4 379 934 AZN təşkil edir. Daxil olmanın əsas hissəsi 4 108 261 AZN məbləğdə könüllü tibbi sığortası üzrədir. A-Qroup Sığorta Şirkəti yaranma tarixindən bü günədək könüllü tibbi sığorta üzrə liderliyi əldə saxlayır.
Qeyd etmək lazımdır ki, 2011-ci ilin 3 ayı nəticəsinə görə əmlak sığortası üzrə mükafatlar keçmiş ilin həmin müddəti ilə müqayisədə 300% artıb. Avtonəqliyyat sığortası üzrə də 150% artım qeyd olunmuşdur. Mülki məsuliyyətin sığortası və əmlakın yanğından və digər risklərdən sığortası üzrə mükafatların həcmi 100% artıb. Eyni zamanda ipoteka sığortası üzrə də nəzərə çarpacaq dərəcədə artım əldə edilmişdir.
2011-cu ilin 1 rübü üzrə sığorta ödənişlərinin həcmi 1 247 880 AZN təşkil etmişdir.
A-Qroup Sığorta Şirkəti 1995-ci ildə təsis edilmişdir. Hal-hazırda şirkət 3 icbari və 13 könüllü sığorta növləri üzrə xidmət göstərir. İlin əvvəlində şirkət növbəti dəfə İSO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq etmişdir.
21.04.2011
A-Qroup Sığorta Şirkətinin web-saytında on-line ödəmə tətbiq olunub
Artıq A-Qroup Sığorta Şirkətinin rəsmi veb-saytında polislərin on-line ödənişi həyata keçirmək imkanı yarandı. Beləliklə, hal hazırda siz səyahət sığortası polisini evinizə və yaxud iş yerinizə çatdırılmasını sifariş etməklə yanaşı, həmçinin dərhal on-line ödənişini həyata keçirə bilərsiniz. Bunun üçün istənilən VISA, MasterCard və Maestro plastik kartlarından istifadə etmək olar. Qeyd edək ki, on-line ödəmə menyusundan həmçinin nəqliyyat, əmlak və Şirkətimizin xidmət göstərdiyi digər sığorta növləri üzrə on-line ödənişlər həyata keçirmək olar..
Xatırlatmaq istərdik ki, A-Qroup Sığorta Şirkət 3 icbari və 13 könüllü sığorta növü üzrə xidmət göstərir.
25.10.2010
A-Qroup Sığorta Şirkətinin cari ilin 9 aylıq fəaliyyəti üzrə nəticələri hesablandı
2010-cu ilin 3 rübün nəticələrinə görə, A-Qroup Sığorta Şirkətinin sığorta mükafatlarının ümumi həcmi 5 470 059,49 AZN təşkil edir. Ənənəvi olaraq, daxil olmanın əsas hissəsi 4 990 313,26 AZN məbləğdə könüllü tibbi sığortası üzrədir. Eyni zamanda ipoteka sığortası üzrə də nəzərə çarpacaq dərəcədə artım əldə edilmişdir.
A-Qroup Sığorta Şirkətinin 2010-cu ilin 9 ayı üzrə sığorta ödənişlərinin həcmi 4 375 539,13 AZN təskil etmişdir. Şirkətin nizamnamə kapitalı 2 650 500 AZN-ə bərabərdir.
Qeyd etmək lazımdır ki, 2010-cu ildə A-Qroup Sığorta Şirkətinin 15 yaşı tamam oldu. Hal-hazırda şirkət 3 icbari və 14 könüllü sığorta növləri üzrə xidmət göstərir. Carı ilin avqust ayında “A-Qroup Sığorta Şirkəti” ASC Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən müddətsiz lisenziya ilə təltif olundu.
07.10.2010
A-Qroup Sığorta Şirkəti ASC fəaliyyətinin 15 illiyini qeyd etdi
15 illik ağır zəhmət arxada qaldı, nəticəsi isə etibarlı, məşhur, dinamik inkişaf edən, gələcəyə əminliklə baxan A-Qroup Sığorta Şirkətidir.
Qeyd etmək lazımdır ki, A-Qroup 3 icbari və 14 könülü sığorta növü üzrə xidmət göstərir. Sonuncu bir neçə il ərzində ümumi sığorta növləri üzrə portfelin artırılması üzrə işlər davam etdirilmişdir. Şirkətin prioritet istiqaməti artıq uzun illərdir şübhəsiz liderliyini qoruyub saxladığı tibbi sığorta sahəsidir. MediClub klinikasından xidmətlərindən xüsusi istifadə hüququ, tibbi sığorta sahəsində yüksək ixtisaslı heyət, peşəkar ekspertlər, tibbi xidmətlər təminatının təşkili üzrə uzun illərin təcrübəsi A-Qroup Sığorta Şirkətinin tibbi departamentinin üstünlüyünü göstərir. Tibbi sığorta kifayət qədər çətin, gündəlik zəhmət, tibb və sığorta sahəsində yüksək peşəkarlıq, sığortalının ehtiyaclarının anlayışı tələb edən bir sahədir. Və yalnız bu tələb olunan xüsusiyyətlərin mövcudluğu şirkətə etibar edilməsini və bazarda tanınmasını təmin edə bilər hansını ki, A-Qroup qazanıb və illər boyu qoruyub saxlayır.
Cari ilin avqust ayında “Sığorta fəaliyyəti haqqında” qanuna müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi sığorta fəaliyyətini həyata keçirtmək üçün A-Qroup Sığorta Şirkətinə müddətsiz lisenziya vermişdir.
Xatırlatmaq istərdik ki, A-Qroup Sığorta Şirkəti özünün uzun müddətli inkişaf proqramı çərçivəsində nizamnamə kapitalını 71% artırmışdır. İlin əvvəlində şirkət növbəti dəfə İSO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq etmişdir.
A-Qroup Sığorta Şirkəti 15 illiyi çərçivəsində Bakının müxtəlif hissələrində promoaksiya keçirilir. Promoaksiyanın simvolu, möhkəmlik, dinamik artım və həyat mənbəyi kimi ağac olmuşdur.
Necə ki, ağacların üzərin illər keçdikcə yaranan halqalardan onların yaşlarını asanlıqla təyin etmək olur, eləcə də şirkətlər öz fəaliyyətləri ilə yadda qalan izlər qoyurlar, mövcud halda bu həmrəy yüksək peşəkar əməkdaşların heyəti, 15000 çox sığortalının etibarı, nöqsansız işgüzarlığı yaratmaq, işgüzar etika normalarına və qanuna riayət etmək, sığortalılar və partnyorlar qarşısında olan öhdəliklərin şərtsiz yerinə yetirilməsidir. Məhz onlar A-Qroup Sığorta Şirkətinin artımının və inkişafının özünəməxsus tarix halqalarını yaradır. Mövcud reklam aksiyası çərçivəsində 10 000 yaxın şitil paytaxtımızın sakinlərinə hədiyyə edilmişdir.
28.07.2010
A-Qroup Sığorta Şirkəti tərəfindən 2010 ilin 6 ay ərzində əmlak sığortası üzrə toplanmış mükafatların həcmi 80% artmışdır
2010- ci ilin iki kvartalı ərzində aparılmış iş nəticəsində Sığorta şirkəti 5 024 059 AZN məbləğində sığorta mükafatı toplamışdır, bu da öz növbəsində keçən 2009 ilin müvafiq dövrünün göstəricilərindən 6% çoxdur.
A-Qroup Sığorta Şirkətinə daxil olan ümumi mükafatların əsas hissəsi könülü tibbi sığorta üzrədir. Belə ki, bu sığorta növü üzrə sığorta mükafatları 4 788 945 AZN olmuşdur.
Eyni zamanda ümumi sığorta növləri üzrə də nəzərə çarpacaq artım əldə edilmişdir. Belə ki, əmlak sığortası üzrə sığorta mükafatlarının həcmi 80% faiz artmışdır.
2010 ilin ikinci kvartalında A-Qroup Sığorta şirkəti 2 854 399 AZN məbləğində sığorta ödənişi etmişdir. Bu da keçən 2009 ilin müvafiq dövrünün göstəricilərindən 40% çoxdur.
Xatırladaq ki, 1 iyul 2010 il tarixi üçün olan məlumata əsasən şirkətin nizamnamə kapitalı 2,65 mln. AZN təşkil edir.
21.05.2010
A-Qroup Sığorta Şirkəti nizamnamə kapitalını 71% artırır
A-Qroup Sığorta Şirkəti özünün uzunmüddətli inkişaf proqramı çərçivəsində nizamnamə kapitalını növbəti dəfə artırdı. Beləliklə, A-Qroup Sığorta Şirkətinin nizamnamə kapitalı 1.55 milyon manatdan 2.65 milyon manatadək artdı. A-Qroup Sığorta Şirkətinin inkişaf proqramı gələcəkdə bu göstəricinin artırılmasını nəzərdə tutur. Nizamnamə kapitalının növbəti artımı 2010-cu ilin gəliri hesabına həyata keçiriləcək.
“A-Qroup Sığorta Şirkəti” ASC fiziki şəxslərin əmlak sığortası üzrə öz yeni məhsulunu təqdim etdi.
Eləcə də müstəqil audit şirkəti Baker Tilly Azerbaijan tərəfindən keçirilən audit yoxlaması müvəffəqiyyətlə başa çatmışdır. Diqqətinizə çatdırmaq istərdik ki, A-Qroup bu il İSO-9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini də təsdiq etmişdir.
Qeyd etmək lazımdır ki, A-Qroup Sığorta Şirkətinin 4 ay ərzində yığılmış sığorta haqlarının həcmi 4 216 620 AZN təşkil edir, bu isə 2009-cu ilin nəticələrindən 10.5% artıqdır.
Ənənəvi olaraq A-Qroup Sığorta Şirkətinin daxil olmalarının böyük hissəsi könüllü tibbi üzrədir.
Partlayışlar, yanğınlar, zəlzələlər... Hadisələr xronikasını oxuyanda ürəyimizdə bu hadisələrin bizim başımıza gəlməyəcəyinə ümid edirik. Lakin bədbəxtlik qapını döyəndə, köməyə, dayağa və təbii ki maddi köməyə ehtiyac duyulur.
“A-Qroup Sığorta Şirkəti” ASC fiziki şəxslərin əmlak sığortası üzrə öz yeni məhsulunu təqdim etdi.
Hazırkı məhsul əhalinin geniş hissəsi üçün nəzərdə tutulub (müxtəlif gəliri olan insanlar).
Proqramın üstünlüklərinin daha biri: fərdi elektron sağlamlıq kartının (sağlamlıq vəziyyəti haqqında informasiya daşıyıcısı) əldə edilməsi.
Çox hallarda unikaldır. Üstünlüklərindən sadəcə bir neçəsini sadalayaq:
aşağı sığorta haqqı məbləği;
əmlaka qabaqcadan baxış keçirmədən sığortalanır;
müştərilərdə illik sığorta haqqının aylara bölmək və hər ay ödəmək imkanı yarandı.
Sığorta haqqı ayda cəmi 19 AZN təşkil edir, sığorta təminatı 100 000 AZN. Əmlakınızın sığorta polisini əldə etmək çox asandır: A-Qroup Sığorta şirkətinin ofisində (10 dəqiqə ərzində hazırlanıb təqdim olunur) və yaxud da telefon vasitəsilə sifariş edərək, A-Qroup Sığorta Şirkətinin mütəxəssisi gəlib yerindəcə polisi hazırlayaraq sizə təqdim edəcək.
Xatırlatmaq istərdik ki, A-Qroup Sığorta Şirkət 3 icbari və 14 könüllü sığorta növü üzrə xidmət göstərir.
02.03.2010
A-Qroup Sığorta Şirkəti pul paylayır!
A-Qroup Sığorta Şirkəti özünün 15 illiyi çərçivəsində şirkətin müştərilərini, partnyorlarını və sadəcə dostlarını hədiyyə sertifikatları sistemi ilə sevindirmək qərarı verib.
Hazırkı sertifikat real ödəniş vasitəsidir və sahibinə A-Qroup Sığorta Şirkətinin xidmətlərindən nominalına ekvivalent məbləğində istifadə etmək hüququ verir. Hazırkı sertifikatla onun sahibi avtomobil sığortası, tibbi sığorta, əmlak sığortası və istənilən başqa növlər üzrə şəhadətnamə alarkən ödəniş edə bilər.
1995-ci ildə təsis edilmiş A-Qroup Sığorta Şirkəti uzun illərdir Azərbaycanda tibbi sığorta bazarında liderliyini qoruyub saxlayır. A-Qroup ən yaxşı klinikalarını əhatə edən və müştərilərə yüksək keyfiyyətli xidmət göstərə bilən nadir tibbi təminat sistemi yaratmışdır. Bununla yanaşı A-Qroup Sığorta şirkəti MediClub klinikasının xidmətlərindən eksklyuziv istifadə hüququna malik olduğu üçün bütün Azərbaycanın ərazisində və sərhədlərindən kənarda bütün növ tibbi yardım göstərmək imkanı verir.
A- Qroup tanınmış beynəlxalq və yerli şirkətlərin daxil olduğu nüfuzlu müştəri siyahısı ilə qurur duyur. A-Qroup polisinin sahiblərinin sayı 16 000 artıqdır.
2009-cu ildə şirkətin ödənişləri 5 102 466 AZN çatmışdır.
24.02.2010
A- Qroup Sığorta Şirkəti 2009-cu il üzrə fəaliyyətinə yekun vurmuşdur
2009 cu il ərzində A-Qroup Sığorta Şirkətinin yığdığı sığorta mükafatları 7 410 826 AZN təşkil etmişdir.
Qeyd etmək istərdik ki, iqtisadi böhranın nəticələrinə baxmayaraq A-Qroup praktiki olaraq sığorta mükafatlarının həcmini keçən illə müqayisədə olduğu kimi saxlaya bilmişdir. A-Qroup Sığorta Şirkətinə daxil olan ümumi mükafatların əsas hissəsi könüllü tibbi sığorta üzrədir. Sığorta bazarın analizi A-Qroup Sığorta Şirkətinin tibbi sığorta sahəsində lider olduğunu təsdiq edir.
Qeyd etmək lazımdır ki, 2009-cu il A-Qroup yadında restrukturizasiya ili kimi qalmışdır: şirkətin hüquqi statusu dəyişərək acıq tipli səhmdar cəmiyyətə çevrilməsi; Beynəlxalq maliyyə korporasiyası ilə şirkətin korporativ idarə etmənin tətbiq edilməsinə dair müqavilə bağlaması və onun ən yaxşı beynəlxalq təcrübə standartlarına cavab verməsi (A- Qroup İFC tərəfindən seçilmiş yeganə sığorta şirkəti olmuşdur); müstəqil beynəlxalq Moody İnternational audit şirkətinin İSO 9001 keyfiyyət menecmenti standartlarına cavab verən sertifikatını yenidən təsdiq etməsi; “Fərqli” tibbi sığorta proqramının hazırlanması, böyük tenderlərdə qələbələr.
Növbəti, 2010-cu il, şirkətin kapitallaşmasına, portfelin diversifikasiyası, korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə işlərin başa çatdırılmasına yönəldiləcəkdir.
11.02.2010
A-Qroup Sığorta şirkəti ISO 9001 Keyfiyyət Menecment Sistemi üzrə sertifikatını yeniləyib.
Sertifikasiyanı həyata keçirən ekspertlər tərəfindən şirkətin bölmələrində audit keçirilmişdir. Əldə edilmiş sertifikat bir daha təsdiq edir ki, ISO 9001:2008 beynəlxalq standartlarının tələblərinə cavab verən keyfiyyət menecmenti sistemini öz fəaliyyət sferasına daxil etmiş A-Qroup Sığorta şirkəti onun bütün qaydalarına riayət etməkdə davam edir.
Yada salmaq istərdik ki, ISO 9001 beynəlxalq standartları üzrə ilk sertifikasiya 2006 ildə aparılmışdır. Üç il ərzində A-Qroup Sığorta şirkəti ISO 9001:2008 keyfiyyət standartları üzrə aparılan yoxlamalardan müvəffəqiyyətlə keçir.
2009 ildə A-Qroup Sığorta şirkəti ISO 9001:2000 resertifikasiyasını uğurla keçdi.
24.12.2009
A-Qroup Sığorta Şirkəti ABŞ Azərbaycandakı səfirliyinin əməkdaşlarının tibbi sığortası üzrə tenderin qalibi elan edilib.
Amerika Səfirliyi A-Qroup Sığorta Şirkətinin göstərdiyi xidmətin və diqqətin standartlarını, tibbi sığorta proqramı üzrə göstərilən tibbi yardımın təşkilini yüksək qiymətləndirir. Məhz bu tibbi sığorta üzrə müqavilənin Azərbaycanda növbəti beş ilə uzadılmasının sübutdur. Xatırlatmaq istərdik ki, A-Qroup ABŞ səfirliyinin keçirtdiyi tenderdə ikinci dəfə qalib olur. ABŞ Səfirliyinin tibbi sığorta müqaviləsi səfirliyin bütün heyətini və ailə üzvlərini əhatə edir.
Xatırlatmaq istərdik ki, A-Qroup Sığorta Şirkəti 2006-cı ildən başlayaraq İSO 9001:2000 Moody İnternational beynəlxalq standartının tələblərini qane edən keyfiyyət menecmenti sistemini tətbiq etmiş və müvəffəqiyyətlə davam etdirir.
24 saat ərzində fəaliyyət göstərən Assistance Xidməti sığortalıların ixtiyarındadır (çoxkanallı qaynar xətt 4 988 669), bu xidmətə tibbi xidmətlərin təşkil olunmasını tənzimləyən həkimlər fəaliyyət göstərir.
A-QROUP Sığorta Şirkəti “Fərqli”- tamamilə yeni dəbdəbəli tibbi sığorta polisi bazar çıxarmışdır. Sığorta haqqı 3000 manata çatan polis hər ikisi korporativ və fərdi müştərilər üçün nəzərdə tutulmuşdur.
“Fərqli” sığorta proqramı 100.000 USD məsuliyyətində tibbi xidmətlərin təminatını əhatə edir. Əlavə imkanları: gepatitin, onkoloji xəstəliklərin, diabetin müalicəsi; dərmanların evə çatdırılması; həkimlərin evdə konsultasiyaları; lyuks palatalar və həmçinin xaricdə müayinə. Paketə həmçinin bədbəxt hadisələrdən və on iki aylıq səyahət sığorta növləridə daxildir.
Bununla yanaşı, müştərinin seçiminə müvafiq olaraq, proqram müəyyən təminatları istisna etmək ilə sadələşdirilə bilər (sığorta haqqı müvafiq olaraq azaldılacaq).
Proqramın üstünlüklərinin daha biri: fərdi elektron sağlamlıq kartının (sağlamlıq vəziyyəti haqqında informasiya daşıyıcısı) əldə edilməsi.
“Fərqli” sığorta proqramı tibbi xidmətin tamamilə yeni standartıdır.
22.10.2009
IFC “A QROUP” ASC-lə Korporativ idarəetmə layihəsinın pilot proqramı çərçivəsində əməkdaşlıq edəcək
Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “A-QROUP” ASC-nə korporativ idarəetmə təcrübələrini təkmilləşdirməkdə və potensialını ardırmaqda yardım edir.
A-QROUP IFC-nin Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin ikinci fazasında pilot proqramınına qoşulan üçüncü şirkətdir. Layihə yerli şirkətlərin daha davamlı və dayanıqlı olması istiqamətində onlarla iş aparır. IFC şirkətin korporativ idarəetmə təcrübələrini qiymətləndirəcək və onun təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün tədbirlər görəcək.
“Biz, A-QROUP olaraq Dünya Bankı Qrupunun üzvü olan IFC-nin Azərbaycanda diqqətini cəlb edən ilk sığorta şirkəti olduğumuzdan qürur hissi duyuruq. Əminik ki, Beynəlxalq Maliyyə Korporasiyasının seçimi düzgün olaraq, şirkətimizdə korporativ idarəetmə prinsiplərinin təkmilləşməsinə əhəmiyyətli dəstək verəcək. Bu da öz növbəsində şirkətimizin daha sürətli inkişafına səbəb olacaq”, A-QROUP Sığorta şirkətinin İdarə Heyətinin Sədri Anar Bayramov qeyd etmişdir.
IFC bu təşkilatın direktorları, menecerləri və əsas səhmdarları üçün konsultasiyalar və təlimlər keçirəcək. Bundan əlavə IFC sənədlərin təkmilləşdirilməsi, maliyyə hesabatlığı və məlumatın açıqlanmasının gücləndirilməsi, daxili nəzarət və daxili audit funksiyasının yaxşılaşdırılması işində yardım edəcək.