AZE | ENG | RUS
 
 
 

XƏBƏRLƏR

02.02.2007

Azərbaycanda tibbi sığorta üzrə ən böyük müqavilənin müddəti davam etdirilmişdir.

ÂÐ şirkəti A-GROUP sığorta şirkəti tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətini, sığortalılara olan diqqəti, tibbi sığorta proqramı üzrə tibbi yardımın təşkil olunması sistemini yüksək qiymətləndirmiş. Bunun əyani təsdiqi kimi, Azərbaycanda ən böyük tibbi sığorta müqaviləsinin fəaliyyət müddəti davam etdirilmişdir .




26.12.2006

A-GROUP Sığorta şirkətinin Azərbaycan xalqının mədəni ənənələri əsasında tərtib etdiyi diqqətəlayiq bir nəşr işıq üzü görmüşdür.

Bu nəşrə Yaxın və Orta Şərq xalqlarının ədəbiyyat və incəsənətinə güclü təsir göstərmiş dahi ədəbiyyat klassiklərimizdən başlayaraq, bu günümüzün məşhur ədiblərini əhatə edən azərbaycan ədəbi irsinin fraqmentləri daxil edilmişdir. Həmçinin, bu nəşrin səhifələrini vərəqləyərkən, 17-19 əsr Azərbaycan xalça sənətinin tarixinə səyahət etmiş olursunuz. Bu nəşrə əlavə olaraq, şifahi ədəbi irsin şedevrlərindən biri hesab olunan muğam sənətindən başlayaraq müasir ifaçılarımıza qədər olan musiqi antologiyası da tərtib edilmişdir.


17.02.2006

 A-GROUP Sığorta şirkəti beynəlxalq müstəqil audit şirkəti olan Moody International tərəfindən ISO 9001 standartlarına müvafiqlik sahəsində aparılan akkrediyasiyadan uğurla keçmişdir.

Standart ISO 9001-2001 – Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Standartization Organization) tərəfindən hazırlanmış son standartlardır. Bu sistemə keyfiyyət menecmentinə prosesual və sistemli yanaşma prinsipləri daxildir.



28.01.2006

İlin sığorta şirkəti adına A-GROUP layiq görülmüşdür.

UGUR 2005 Milli mükafatının növbəti təqdimatında A-GROUP “İlin Sığorta Şirkəti” nominasiyasında mükafat qazanmışdır. UGUR Milli mükafatı 2000 ildə təsis edilmişdir və Azərbaycanda milli iqtisadiyyatımızın möhkəmlənməsi və inkişafı uğrunda çalışan biznesmenlərə, dövlət və ictimaiyyət xadimlərinə təqdim olunan iqtisadiyyat və biznes sahəsində təsis olunmuş ilk mükafatdır.


 

Geri 1 2 3 Növbəti






A-Group Residence, 172 L.Tolstoy Str., AZ1000 Baku, tel/fax: (+99412) 498 56 51, e-mail: insurance@a-group.az
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 30 iyul 2010-cu il tarixli, 000341 saylı lisenziya Site by:  Flexible Solutions