 |
|
 |
| |
MÜLKİ MƏSULİYYƏTİN SIĞORTASI
A-GROUP Siğorta şirkəti Sizin rahatlığınızı düşünərək mülki məsuliyyətin sığortası üzrə geniş xidmətlər spektri təqdim edir. Bu sığorta növü üçüncü şəxslərin həyatına, sağlamlığına və /və ya əmlakına vurulmuş ziyanın Sığorta etdirənin mülki məsuliyyətinə uyğun şəkildə sığortalanmasıdır.
A-GROUP Sığorta şirkəti Mülki məsuliyyətin sığortası şəhadətnaməsi üzrə Sığortalının qanunvericiliyə əsasən üçüncü şəxslərin həyatına, sağlamlığına və /və ya əmlakına vurulmuş təsadüfi ziyanın kompensasiya (məhkəmə işinin aparılması ilə bağlı şikayətçinin xərcləri daxil olmaqla) şəklində ödəməsinə zəmanət verir.
İŞƏ GÖTÜRƏNİN MƏSULİYYƏTİNİN SIĞORTASI
Bu Sığorta növünün obyekti işçilərin gündəlik əmək vəzifələrini yerinə yetirərkən aldıqları bədən xəsarətləri ilə bağlı kompensasiyanın ödənilməsi üzrə işə götürənin məsuliyyətidir. Məsuliyyət limiti (sığorta mükafatı) müqavilə bağlanarkən tərəflər arasında əldə edilmiş razılaşma əsasında müəyyən edilir.
Işə götürənin məsuliyyət sığortası müəssisənin maliyyə stabilliyini təmin edir və işçinin, onun ailəsinin sosial təminatına zəmanət verir.
Sığorta ödənişi yalnız sığorta hadisəsinin baş verməsində işə götürənin günahı sübut olunan hallarda edilir.
PEŞƏ MƏSULİYYƏTİNİN SIĞORTASI
A-GROUP həkimlərin peşə fəaliyyəti nəticəsində üçüncü şəxslərə vurulan ziyanın ödənilməsinə təminat verir.
Ayrıca götürülmüş və bütün risklər üzrə müqavilə bağlamaq imkanı vardır. Sığorta tarifləri fəaliyyət xüsusiyyətlərinin və risk dərəcəsinin müəyyən edilməsində əhəmiyyətli olan bütün digər faktorların nəzərə alınması ilə hər bir müştəri üçün fərdi olaraq müəyyən edilir.
| |
 |
|
 |