AZE | ENG | RUS
 
 
  07.05.2012
A-Qroup Sığorta şirkətinin nizamnamə kapitalı 62% artıb.
30.01.2012
A-Qroup Sığorta Şirkətinin web-saytında ipoteka polislərinin on-line sifarişi və ödənişi tətbiq olunub
09.09.2011
Artıq fiziki şəxslər də A-Qroup Sığorta Şirkətinin tibbi sığorta polisini əldə edə bilərlər
18.07.2011
A-QROUP Sığorta Şirkəti tərəfindən 2011-ci ilin 1-ci yarımilliyi ərzində əmlak sığortası üzrə toplanmış mükafatların həcmi 400% artmışdır
 
 





 
 
XARİCİ SƏFƏRLƏRİN SIĞORTASI


Dincəlməyə və ya işçi səfərə gedən hər bir kəsə baqajın itirilməsi hallarında, xəstələnmə və travmalar zamanı özünü lazımi dəstəklə təmin etmək üçün sığorta şəhadətnaməsi əldə etmək vacibdir. Çünki, statistik məlumatlara görə, hər 10 saniyədə dünyada bir sığorta hadisəsi baş verir. Bu o deməkdir ki, hər gün həmin insanlara tibbi və ya konsultativ yardım tələb olunur. Biz 5 qitənin 180 ölkəsində öz xidmətlərimizi təklif edirik. Sığorta müqaviləsində göstərilmiş telefon nömrələri vasitəsilə hər bir Sığortalı Assistance xidməti ilə əlaqəyə girə bilər.
  • sutkada 24 saat
  • həftədə 7 gün
  • ildə 365 gün

Yerləşdiyiniz məkanın nə qədər uzaq məsafədə olmasından asılı olmayaraq, A-GROUP təcili yardın təşkil olunmasına zəmanət verir. Yalnız bir telefon nömrəsi Sizə, ilk baxışda çarəsiz görünən çətin vəziyyətdən çıxmağa kömək edər! çətin vəziyyətdə mütləq yardım göstərəcək digər xidmətlər

  • təcili tibbi yardım
  • tibbi repatriasiya
  • Sığortalının xəstəxanaya yerləşdirilməsi
  • avtomobillə səyahət edənlərə texniki yardım
  • tibbi və digər nəqliyyat
  • maliyyə və hüquqi yardım
  • zərərçəkənin ailəsinin məlumatlandırılması və Sizə

A-GROUP Sığorta şirkətinin şübhəsiz dəyərli göstəricilərindən biri də onun hər zaman Sizin yanınızda olmasıdır.

Yer kürəsinin hətta ən uzaq nöqtəsində belə bizim Sığortalımız etibarlı əllərdədir!

ŞƏHADƏTNAMƏNİN HESABLANMASI/SİFARİŞİ
(PULSUZ ÇATDIRILMA)

 
 




A-Group Residence, 172 L.Tolstoy Str., AZ1000 Baku, tel/fax: (+99412) 498 56 51, e-mail: insurance@a-group.az
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 30 iyul 2010-cu il tarixli, 000341 saylı lisenziya Site by:  Flexible Solutions