Həkim axtarırsız?
Hava nəqliyyat vasitələrinin sığortası

A-Qroup Sığorta Şirkəti hava nəqliyyat vasitələrinin sığortası üzrə sığorta müdafiəsi təqdim edir. Bu sığorta təminatı ilə hüquqi şəxsə məxsus, eləcə də onun sərəncamında və ya istifadəsində olan hava nəqliyyat vasitələrini çoxsaylı risklərdən və onların nəticəsində dəyə biləcək ziyan və itkilərdən müdafiə etmək mümkündür.

Təyyarə və digər hava nəqliyyat vasitələri daha sürətli nəqliyyat olmaqla yanaşı, həm də təhlükələrə daha çox məruz qalır. Nəzərə alsaq ki, onların dəyəri müqayisəedilməz dərəcədə yüksəkdir, texnikanın hər hansı bir səbəbə görə sıradan çıxması və ya zədələnməsi onun sahibi və ya istifadəçisi üçün böyük məsrəflərlə nəticələnə bilər.

İstər havada (uçuş zamanı), istərsə də yerdə (dayanma zamanı və ya təmirdə olarkən) hava nəqliyyatına dəyə biləcək zərərlərdən müdafiənin ən sərfəli yolu Hava nəqliyyat vasitələrinin sığortasını əldə etməkdir.

Hava nəqliyyat vasitələrinin sığortası üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.