Həkim axtarırsız?
Yük sığortası

A-Qroup Sığorta Şirkəti müxtəlif nəqliyyat vasitələri ilə göndərilən yük və konteynerlərin etibarlı sığorta müdafiəsini təklif edir. Bu sığorta növü avtomobil, dəniz, hava, dəmir yolu vasitəsilə daşınma zamanı yüklərə dəyə biləcək zərərlərə görə sığorta kompensasiyasını nəzərdə tutur.

Müasir dövrdə ən müxtəlif biznes sahələrində yüklərin daşınması xüsusi yer tutur. Həmin daşımalar istər-istəməz maddi itki və zərərlərlə müşayiət olunur – axı daşınma zamanı müxtəlif səbəblərin üzündən mal qismən və ya tamamilə məhv və ya xarab ola bilər. Məhz buna görə yükün hər hansı bir ünvana (istər ölkə daxilində, istərsə də xaricə) çatdırılması prosesində onun sığortalanması çox böyük əhəmiyyət kəsb edir.

Yük sığortası üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.

Avadanlıq sığortası üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.