Həkim axtarırsız?
Korporativ müştərilər üçün KASKO sığorta

A-Qroup Sığorta Şirkəti hüquqi şəxslərə nəqliyyat vasitələrinin zədələnməsi və ya tam məhv olunması vüzrə könüllü Kasko Sığortası təklif edir.

Kasko Sığortası istənilən növ nəqliyyat vasitəsini (yüngül və yük avtomobilləri, avtobus, motosikl, kənd-təsərrüfatı texnikası və s.) qaçılmaz xərclərdən sığortalamağa imkan verəcək - belə ki, yol qəzası və digər sığorta hadisələri nəticəsində baş verən zərərə görə təmir və bərpa xərclərini ödəməkdə bizim şirkət sizə yardımçı olacaq.

KASKO könüllü avtomobil sığortası bir çox üstünlüklərə malikdir. Belə ki, əgər yol-nəqliyyat hadisəsi müştərinin təqsirindən baş veribsə, icbari sığortadan fərqli olaraq KASKO həmçinin müştərinin nəqliyyat vasitəsinin təmiri xərclərini ödəyir. KASKO sığortası sayəsində bütün bu kimi hallarda Siz öz avtomobilinizi də sığortalamış olacaqsınız.

KASKO sığortası üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.