A-Group Mobile Concierge
Həkim axtarırsız?
Məsuliyyətin sığortası

A-QROUP Siğorta Şirkəti Sizin rahatlığınızı düşünərək mülki məsuliyyətin sığortası üzrə geniş xidmətlər spektri təqdim edir. Bu sığorta növü üçüncü şəxslərin həyatına, sağlamlığına və /və ya əmlakına vurulmuş ziyanın Sığorta etdirənin mülki məsuliyyətinə uyğun şəkildə sığortalanmasıdır. A-QROUP Sığorta şirkəti Mülki məsuliyyətin sığortası şəhadətnaməsi üzrə Sığortalının qanunvericiliyə əsasən üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına vurulmuş təsadüfi ziyanın kompensasiya (məhkəmə işinin aparılması ilə bağlı şikayətçinin xərcləri daxil olmaqla) şəklində ödəməsinə zəmanət verir.

ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MƏSULİYYƏT SIĞORTASI

A-Qroup hüquqi şəxslərə, onların üçüncü şəxslər qarşısında məsuliyyəti, irəli sürülən iddia və tələblər üzrə üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortasını təklif edir. Həmin sığorta növünün sayəsində, sığorta hadisəsi baş verərsə və onun nəticəsində üçüncü şəxslərin həyat, sağlamlıq və ya əmlakına zərər dəyərsə, bununla bağlı bütün xərcləri sığorta şirkəti öz üzərinə götürür. Məsələn, Sığortalının istehsalat sahəsində gözlənilməz hadisə baş verib və həmin hadisənin nəticəsində hər hansı üçüncü şəxsə (və ya şəxslərə) maddi və ya fiziki ziyan dəyib - bu halda zərərçəkənin əmlakına dəyən ziyanın kompensasiyasını, eləcə də onun səhhətinin bərpası ilə bağlı xərcləri (sığorta hadisəsi ölümlə nəticələnibsə, bununla bağlı xərclər) bizim sığorta şirkətimiz öz öhdəsinə götürəcək. Sığorta təminatı təkcə hüquqi şəxsin özünə deyil, həm də etibarnamə və vəzifə təlimatlarına əsasən onun adından çıxış edən digər şəxslərə də şamil edilir.

İŞƏ GÖTÜRƏNİN MƏSULİYYƏTİNİN SIĞORTASI

Bu Sığorta növünün obyekti işçilərin gündəlik əmək vəzifələrini yerinə yetirərkən aldıqları bədən xəsarətləri ilə bağlı kompensasiyanın ödənilməsi üzrə işə götürənin məsuliyyətidir. Məsuliyyət limiti (sığorta mükafatı) müqavilə bağlanarkən tərəflər arasında əldə edilmiş razılaşma əsasında müəyyən edilir. Işə götürənin məsuliyyət sığortası müəssisənin maliyyə stabilliyini təmin edir və işçinin, onun ailəsinin sosial təminatına zəmanət verir. Sığorta ödənişi yalnız sığorta hadisəsinin baş verməsində işə götürənin günahı sübut olunan hallarda edilir.

PEŞƏ MƏSULİYYƏTİNİN SIĞORTASI

A-QROUP həkimlərin peşə fəaliyyəti nəticəsində üçüncü şəxslərə vurulan ziyanın ödənilməsinə təminat verir. Ayrıca götürülmüş və bütün risklər üzrə müqavilə bağlamaq imkanı vardır. Sığorta tarifləri fəaliyyət xüsusiyyətlərinin və risk dərəcəsinin müəyyən edilməsində əhəmiyyətli olan bütün digər faktorların nəzərə alınması ilə hər bir müştəri üçün fərdi olaraq müəyyən edilir.

Məsuliyyətin sığortası üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.

Peşə məsuliyyətinin sığortası üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.