Həkim axtarırsız?
Su nəqliyyat vasitələrinin sığortası

A-Qroup Sığorta Şirkəti dəniz riskləri ilə bağlı istənilən əmlak maraqlarının sığortasını təklif edir. Bu cür obyektlər qismində gəmi, fraxt, icarə müqaviləsi, yüklərin satışından gələn gəlir, kapitan və ekipaj üzvləri üçün nəzərdə tutulan pul təzminatı və s. çıxış edə bilər.

Dəniz riskləri üzrə sığorta üç əsas növdən ibarətdir:

  • Yüklərin sığortası. Bu növ sığorta su nəqliyyatı vasitəsi ilə daşınan istənilən yüklərin sığortasını nəzərdə tutur.
  • Su nəqliyyatı vasitələrinin, onun köməkçi hissələrinin, gövdəsinin, maşının və avadanlıqlarının sığortası.
  • Su nəqliyyatı vasitələrinin sahiblərinin məsuliyyətinin sığortası. Bu növ sığorta gəminin istismarı zamanı üçüncü şəxslərə dəyə biləcək zərərin qarşılanması üçün tətbiq olunur.

Su nəqliyyat vasitələrinin sığortası üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.