Həkim axtarırsız?
Korporativ müştərilər üçün Tibbi Sığorta proqramı

Bu günümüzdə əməkdaşların tibbi sığorta ilə təmin edilməsi müvəffəqiyyətlə inkişaf edən müəssisənin imicinin əsas tərkib hissələrindən birinə çevrilmişdir. Əməkdaşların sağlamlığına göstərilən qayğı ilə yanaşı, tibbi sığortanın təmin edilməsi, həmçinin kadrlar böhranı şəraitində onların qeyri maddi cəhətdən maraqlandırılmasına zəmin yaradır. Belə qayğının məntiqi nəticəsi kimi xəstələnmə hallarının azalması, əmək məhsuldarlığının artması və çalışdığı şirkətə loyal münasibətin formalaşması kimi müsbət göstəricilər əldə edilir. Bütün bu faktorlar kompleksi Azərbaycanda könülü tibbi sığorta bazarının inkişafına təminat verdi və bu bazarın uzun illər boyu şəksiz liderliyini A-QROUP Sığorta şirkəti əldə saxlayır.

A-QROUP TİBBİ SIĞORTA ŞƏHADƏTNAMƏNİN ÜSTÜNLÜKLƏRİ
 

A-QROUP şirkəti Azərbaycan Respublikasında və onun sərhədlərindən kənarda ən yaxşı klinikaların, habelə bütün səhiyyə sahələri üzrə aparıcı ekspert və mütəxəssislərin daxil olduğu xüsusi tibbi xidmət sistemini yaratmışdır. Bununla yanaşı A-QROUP Sığorta şirkəti MediClub klinikasının xidmətlərindən eksklyuziv istifadə hüququna malik olduğu üçün bütün Azərbaycan ərazisində tibbi xidmət təşkil etmək imkanı əldə edir və bu da bizi digər sığorta şirkətlərində müsbət mənada fərqləndirir, A-QROUP sığortalılarla sıx əlaqədə işləyərək, tibbi xərcləri ödəməklə yanaşı, həmçinin bu xidmətlərin təşkilini də (mütəxəssisin, klinikanın seçimi, məsləhətlərin təyin olunması və s.) öz üzərinə götürür.

24 saat ərzində fəaliyyət göstərən Assistance Xidməti sığortalıların ixtiyarındadır (çoxkanallı qaynar xətt *0909), bu xidmətə tibbi xidmətlərin təşkil olunmasını tənzimləyən həkimlər fəaliyyət göstərir. Assistance Xidməti ilə əlaqə Sizin problemlərinizin həllinə səbəb olacaq və həm bir sualınızı cavabsız qoymayacaq. Bu xidmətin əməkdaşlarının müxtəlif tibb sahələrində tanınmış və təcrübəli mütəxəssislərlə operativ əlaqə saxlamaq imkanı olduğu üçün, onlar, günün istənilən saatında həkimlərlə məsləhətləşərək Sığortalıların suallarına cavab vermək, məsləhətləri təşkil etmək, Azərbaycanın istənilən nöqtəsində təcili tibbi yardım təşkil etmək iqtidarındadırlar.
A-QROUP həmçinin göstərilən tibbi xidmətlərin keyfiyyətinə diqqətlə nəzarət edir.

SUBPODRATÇI TİBBİ MÜƏSSİSƏLƏRİN SİYAHISI

Hər bir A-QROUP şəhadətnaməsi unikaldır. Hər bir şirkət üçün müştərinin fəaliyyət xüsusiyyətlərinin, onun tələbatlarının, arzularının və büdcə imkanlarının nəzərə alınması ilə fərdi proqram hazırlanır. Müştəri aşağıda göstərilən xidmətlər kompleksindən istifadə edərək, ona uyğun tibbi sığorta planını tərtib edə bilər:

  • təcili yardım
  • ambulator yardım
  • stasionar yardım
  • stomatoloji yardım
  • dərman təminatı
  • vaksinasiya və vitaminizasiya
  • tibbi evakuasiya
  • hamiləliyin təqibi
  • xaricdə müalicə

Tibbi sığorta departamentinə bu sığorta növü üzrə mütəxəssislər və eləcə də, 15 yüksək ixtisaslı tibbi ekspertlər daxildir.

Departamentin heyəti tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyət və effektivliyinə ciddi nəzarət yolu ilə Sığortalıların maraqlarının müdafiə edir.

A-QROUP simasında Sığortalılar etibarlı vəkil əldə etmiş olur.

Şirkətiniz üçün korporativ tibbi sığortanın qiymətini on-line doldurub bizə göndərmək ilə öyrənə bilərsiniz.

KORPORATİV TİBBİ ANKETİ DOLDUR

Məşhur beynəlxalq və yerli şirkətləri, səfirlikləri və bankları təmsil edən 15 000 sığortalı artıq bizi seçib.

Tibbi sığorta üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.

APTEKLƏRIN SİYAHISI

KLİNİKALARIN SİYAHISI

A-QROUP  SIĞORTA ŞİRKƏTİNİN SUBKONTRAKTORLARI OLAN TİBBİ MÜƏSSİSƏLƏRDƏ HAMİLƏLİK VƏ DOĞUŞAYARDIMLA BAĞLI MÜAYİNƏ VƏ MÜAILİCƏ ALMAQ ÜÇÜN ƏRİZƏ:

1) ABŞ səfirliyi tərəfindən sığorta olunanlar üçün

     2) Digər şirkətlər tərəfindən sığorta olunanlar üçün

İmzalanmış və skan olunmuş müqavilələr assistance@a-group.az email ünvanına göndərilir.