A-Group Mobile Concierge
Həkim axtarırsız?
A-QROUP-dan MÜSABİQƏ: "BİRLİKDƏ ADDIMLAMAQ DAHA ŞƏNDİR"

A-Qroup öz sığortalılarına həmişə sağlam həyat tərzi sürməyi və idmanla məşğul olmağı təbliğ edir. Həvəsləndirmə məqsədiylə də hər ayın 1-dən 30-na kimi A-Qroup “Birlikdə addımlamaq daha şəndir” müsabiqəsini elan edir.

Müsabiqədə iştirak üçün A- Qroupun sığortalıları «A-Qroup Mobile Сoncierge» mobil tətbiqini yükləyib, qeydiyyatdan keçib və «Pedometr» funksiyasını seçməlidirlər. Bunu etdikdən sonra siz neçə addım atdığınızı və yürüyüşünüzün nə qədər xeyirli olduğunu mobil tətbiqinizdən biləcəksiniz. Mobil tətbiqin imkanlarını genişləndirərək, A-Qroup admin panelində sığortalıların atdığı addımların statistikasına baxa bilər. Ən çox addım atan sığortalıya A-Qroup qiymətli hədiyyə təqdim edəcək - GoSport Baku idman mağazaları şəbəkəsindən hədiyyə sertifikatı. (ətraflı məlumat əldə etmək üçün Facebook səhifəmizi izləyin).

Sirr deyil ki, müasir insan üçün piyada gəzmək ən əlçatan, təhlükəsiz, fiziki ağırlığı olmayan, xüsusi geyimə ehtiyyacı olmayan və məşqçiyə eytiyyacı olmayan bir növdür.

«A-Qroup Mobile Concierge», mobil tətbiqini yükləyin, «Pedometr» funksiyasını aktiv edin və piyada gəzməkdən həzz alın.

Digər xəbərlər