Həkim axtarırsız?
Xarici səfər sığortası

Dincəlməyə və ya işçi səfərə gedən hər bir kəsə baqajın itirilməsi hallarında, xəstələnmə və travmalar zamanı özünü lazımi dəstəklə təmin etmək üçün sığorta şəhadətnaməsi əldə etmək vacibdir. Çünki, statistik məlumatlara görə, hər 10 saniyədə dünyada bir sığorta hadisəsi baş verir. Bu o deməkdir ki, hər gün həmin insanlara tibbi və ya konsultativ yardım tələb olunur. Biz 5 qitənin 180 ölkəsində öz xidmətlərimizi təklif edirik. Sığorta müqaviləsində göstərilmiş telefon nömrələri vasitəsilə hər bir Sığortalı Assistance xidməti ilə əlaqəyə girə bilər.

  • sutkada 24 saat
  • həftədə 7 gün
  • ildə 365 gün

Yerləşdiyiniz məkanın nə qədər uzaq məsafədə olmasından asılı olmayaraq, A-QROUP təcili yardım təşkil olunmasına zəmanət verir. Yalnız bir telefon nömrəsi Sizə, ilk baxışda çarəsiz görünən çətin vəziyyətdən çıxmağa kömək edər! çətin vəziyyətdə mütləq yardım göstərəcək digər xidmətlər

  • təcili tibbi yardım
  • tibbi repatriasiya
  • Sığortalının xəstəxanaya yerləşdirilməsi
  • avtomobillə səyahət edənlərə texniki yardım
  • tibbi və digər nəqliyyat
  • maliyyə və hüquqi yardım
  • zərərçəkənin ailəsinin məlumatlandırılması və Sizə

A-QROUP Sığorta Şirkətinin şübhəsiz dəyərli göstəricilərindən biri də onun hər zaman Sizin yanınızda olmasıdır.

Yer kürəsinin hətta ən uzaq nöqtəsində belə bizim Sığortalımız etibarlı əllərdədir!

Xarici səfər sığortası üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.