A-Group Mobile Concierge
Həkim axtarırsız?
Bədbəxt Hadisələrdən Sığorta

Bədbəxt hadisələrdən heç kəs mühafizə olunmayıb. Onların qarşısını almaq çox vaxt əlimizdə deyil. Yaxınlarımızdan kiməsə bədbəxtçilik üz versə, ziyanın əvəzinin ödənilməsi təbii ki, çox vacibdir. Belə hadisələr bizim iradlarımızdan asılı olmur. Bədbəxt hadisələrdən sığortalanmaqla, Siz travma və xoşagəlməz hadisələr zamanı özünüzü zəruri dəstəklə təmin etməklə yanaşı, yaxınlarınızı da bu hadisələrin mənfi nəticələrinin yaratdığı əlavə çətinliklərdən qorumuş olursunuz. Sığortaya xərclədiyiniz nisbətən kiçik məbləğ Sizə və əzizlərinizə arxayınlıq və xatircəmlik hissi verir.

Sığorta müqaviləsi nədə yardım göstərir? 

  • Mərhumun ailəsinə ödənişlər
  • Müvəqqəti əmək qabiliyyətindən məhrum olmuş şəxsin müalicə xərclərinin ödənişi

Nədən sığorta olunmaq olar?

Bədbəxt hadisə baş verdikdə, sığorta şirkəti Sizə, vərəsənizə və ya sığorta şəhadətnaməsində göstərdiyi şəxsə müqavilədə şərtləndirilmiş sığorta məbləğini ödəyir. Sığorta hadisəsi deyəndə, Sığortalının bədbəxt hadisə nəticəsində ölümü, I, II, III qrup əlil olması, qismən, daimi və ya müvəqqəti iş qabiliyyətindən məhrum olması başa düşülür. 

Sığorta etdirən sığorta hadisələri siyahısından sığorta məbləğinin ödənilməsi nəzərdə tutulan halları seçə bilər. 

Müqavilənin dəyəri geri ödənilən məbləğdən, müqaviləyə daxil edilən risklərdən, sığorta müddətindən, fəaliyyətin növündən və digər amillərdən asılıdır. 

Bədbəxt hadisələrdən sığorta travma və ya ölüm hallarında işçinin və onun ailəsinin kompensasiya alacağına, travmaların müalicəsinə çəkilmiş xərclərin ödəniləcəyinə, gəlir itkisinin kompensasiya ediləcəyinə, Sığortalının ailəsi ailəni başçısını itirdikdə pul vəsaiti ala biləcəyinə təminat verir. Bədbəxt hadisələrdən sığorta hər bir kəs üçün labüddür. 

A-Qroup Sığorta Şirkətində sığorta müqaviləsi bağlamağın üstünlükləri:

  • bir neçə riski eyni zamanda seçmək imkanı
  • istənilən digər sığorta növü üzrə sığorta müqaviləsi bağladıqda güzəştlər
  • sığorta müddəti uzadıldıqda, əvvəlki müqavilənin ziyansız olduğu halda, güzəştlər
  • böyük məbləğdə sığorta ödənişi
  • hər bir konkret müştəri üçün fərdi proqramın hazırlanması

Müsaidə edin, Sizin və Sizə əziz olanların qayğısına qalaq!


Bədbəxt Hadisələrdən sığorta üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.