A-Group Mobile Concierge
Həkim axtarırsız?
Avtonəqliyyat vasitələrinin sığortası

Avtonəqliyyat sahiblərindən heç biri avtomobilini gözləyən hər gün üzləşdiyi çox saylı riskləri qabaqcadan hiss edib, qarşısını ala bilməz. YNH, avtomobilin qaçırılması, qabaq şüşədə əmələ gələn çat, faraların sınması – bütün bunlar Sizin avtomobilinizlə baş verə bilən arzu olunmaz halların kiçik bir hissəsidir. 
Bununla əlaqədar, A-QROUP Sığorta Şirkəti Sizin nəzərinizə müştərinin maliyyə maraqlarına sığorta təminatı verən və aşağıdakı sığorta növlərindən ibarət olan nəqliyyat vasitələrinin kompleks sığortalanması proqramını təklif edir.

KASKO SIĞORTASI

Bu sığorta növünün predmeti nəqliyyat vasitələridir. A-Qroup aşağıdakı hallarda sığortalanmış avtomobilin və ya onun ayrı-ayrı detallarının, hissələrinin zədələnməsi, tam məhvi və ya itkisi nəticəsində yaranmış ziyanı ödəməyə təminat verir:

• Qəza (toqquşma, qarşılaşma zədəsi, çevrilmə, yuvarlanma );
• Yanğın, öz-özünə alışma; 
• Şüşələrin sınması;
• Təbii fəlakətlər; 
• Nəqliyyat vasitəsinin qaçırılması, qaçırılma vaxtı baş verən zədələr və üçüncü şəxslərin digər qeyri qanuni hərəkətləri; 
• Daşların, əşyaların, uçan aparatların düşməsi və digər bədbəxt hadisələr.

O cümlədən, A-QROUP "Göydəndüşmə Təklif" adlı çox sərfəli KASKO sığorta proqramını təklif edir. Bu təklif çərçivəsində sizin günahınızdan baş verən hadisələrdən avtomobilinizi sığortalaya bilərsiniz.

GÖYDƏNDÜŞMƏ TƏKLİF SIĞORTA PROQRAMI

 SÜRÜCÜNÜN VƏ SƏRNİŞİNLƏRİN BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTASI

Bu sığorta növünə sığorta hadisəsi zamanı sürücünün və sərnişinlərin həyatına, sağlamlığına vurula bilən ziyanın ödənilməsi daxildir. Sığorta obyekti olaraq sığorta hadisəsi zamanı sığortalanmış nəqliyyat vasitəsində olan şəxslərin həyatı və sağlamlığı qəbul olunur. Göstərilən sığorta növünün şərtlərinə görə ödəniş tibbi xərclər üzrə edilir.

ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MÜLKİ MƏSULIYYƏTİN SIĞORTASI

Bu sığorta növünün predmeti Sığortalının nəqliyyat vasitəsindən istifadə etdiyi zaman, üçüncü şəxslərin həyatına, səhhətinə və əmlakına vurduğu ziyana görə mülki məsuliyyətidir. Bu sığorta növünün şərtlərinə görə aşağıdakılar ödənilir:

• əmlakın məhvi və ya zədələnməsi nəticəsində vurulmuş birbaşa həqiqi ziyan;
• üçüncü şəxslərin həyat və səhhətinə vurulmuş zərərin gətirdiyi ziyan;
• tibbi xərclər.

Yola çıxanda bizi də götürün! 

Avtomobil sığortası üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.