Həkim axtarırsız?
Fiziki şəxslər üçün Tibbi Sığorta

A-Qroup Sığorta Şirkəti yeni “ÖZƏL” adlı fiziki şəxslərin tibbi sığorta polisini təqdim edir. Onun ən mühüm fərqi münasibliyində və sığorta proqramının Sığortalının istəkləri nəzərə alınmaqla hazırlanmasıdır.

Məlum olduğu kimi, könüllü tibbi sığorta bazarı əsasən korporativ seqmentə təqdim edilmişdi. Artıq fiziki şəxslər da öz səhhətlərini sığortalaya bilərlər.

ÖZƏL” polisi 15 000 AZN məbləğində tibbi təminat nəzərdə tutur və təcili tibbi yardım, ambulator-polikliniki müayinə, stasionar müalicə, planlı və təcili stomatoloji yardım, təcili vaksinasiya, dərman təminatı və məsələlərin operativ və gecə-gündüz həll edilməsi üçün nəzərdə tutulmuş məsləhətçi-dispetçer xidməti daxildir.

Yuxarıda qeyd olunanlardan başqa, “ÖZƏL” proqramına pulsuz Check Up müayinəsi də daxildir. Fiziki şəxs olan sığortalıların klinikaya ödəniş eləməsinə ehtiyac yoxdur. Belə ki, A-Qroup müalicə müəssisələrində çəkilən xərclərin ödənilməsini birbaşa öz öhdəsinə götürür.

ÖZƏL” proqramında tibbi xidmətlərin göstərilməsi və ödənişlərin həyata keçirilməsi qaydaları mümkün qədər sadələşdirilmişdir.

Tibbi sığorta bazarının lideri olan, 20 ildən artıq təcrübəsi olan A-Qroup Sığorta Şirkəti sığortalılarına həmişə yüksək standartlara cavab verən xidmət göstərir və individual yanaşır.

Sığorta haqqı yaşınızdan, səhhətinizdən və şəxsi iştəklərinizdən asılı olaraq fərdi qaydada hesablanır. Bunun üçün saytımızda anketi doldurmağınız və bizə göndərməyiniz xahiş olunur. Bütün suallarla bağlı bütün şəhər və mobil operatorlardan *0909 qısa nömrəsinə zəng vurub əlaqə saxlaya bilərsiniz. Həmçinin, proqramı satın alan zaman Sizə ödənişi hissə-hissə həyata keçirmək imkanı da verilir. 

ANKETİ DOLDURUN VƏ TİBBİ SIĞORTANI ON-LINE SİFARİŞ EDİN

O cümlədən, A-Qroup "FƏRQLİ" VİP-sığorta proqramını təklif edir. Bu sığorta proqramının şərtləri və üstünlükləri ilə bu səhifədə tanış ola bilərsiniz.

Tibbi sığorta üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.

APTEKLƏRIN SİYAHISI

KLİNİKALARIN SİYAHISI