Həkim axtarırsız?
Əmlak sığortası

A-QROUP Sığorta Şirkəti fərdi şəxslərin və təşkilatların əmlakının etibarlı sığortasını təklif edir.

Ətrafımızda real təhlükələr mövcuddur və ağlınıza gəlməyən anda, gözlənilmədən bunlar baş verir. Təzəcə təmir olunmuş mənzili yuxarıda yaşayan diqqətsiz qonşu suya basa bilər; cinayətkarlar mənzildə və ya bağ evində olan əmlakı oğurlaya və xarab edə bilərlər; söndürülməmiş siqaret yanğın törədə bilər; elektrik naqillərində ən adi qısa qapanma və ya sıçramış qığılcım nəticəsində bağ evi şam kimi yana bilər; evinizdə təmir işləri aparan zaman Siz təsadüfən qonşunun əmlakına ziyan vura bilərsiniz. Bunlar mümkün təhlükələrin yalnızca bir qismidir.

İstənilən müəssisə – istər sənaye və ya ticarət şirkəti əmlaka malikdir. Onların nə dərəcədə etibarlı mühafizə olunması haqda heç düşünürükmü?

İstənilən halda, mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, heç birimiz əmlakın tamamilə və qismən məhvinə səbəb ola biləcək faciəli hadisələrin yaranmasına gətirib çıxaran acı təsadüflərin qarşısını ala bilmək imkanına malik deyilik.

Yalnız sığorta maliyyə maraqlarınızın gerçək mühafizəsini təmin edə bilər, Sizi gözlənilməz xərclərdən qoruyar.

Nəyi sığortalamaq olar?

  • tikililər (bağ evləri, kotteclər və s.)
  • mənzillər (daxili işləri nəzərə alaraq və almayaraq)
  • daxili işləmə və otaq avadanlığı
  • daşınan əmlakı (mebel; audio-, video-, məişət texnikası və s.)
  • binadan istifadə zamanı üçüncü şəxslər qarşısında mülki məsuliyyət
  • sənaye və kommersiya müəssisələri

A-QROUP Sığorta şirkətinin sığorta şəhadətnaməsi Sizin maliyyə maraqlarınızı aşağıdakı hallarda qoruya bilər:

  • Yanğın, qaz partlayışı, ildırım vurması
  • Su şəbəkələrindən axan sudan zərər
  • Oğurluq, qarət
  • Su altında qalma
  • Zəlzələ
  • Təbii fəlakətlər (fırtına, qasırğa, tufan, su basması, vulkan püskürməsi, dağ uçqunu, dolu və ya leysan )
  • Qaz anbarlarının, qaz borularının, maşın və aparatlarının partlayışı
  • Pəncərə şüşələrinin, güzgülərin və vitrinlərin sınması
  • İdarə olunan uçan obyektlərin və onların qırıqlarının yerə düşməsi
  • Üçüncü şəxslərin cinayət əməlləri

A-QROUP Sığorta şirkəti aşağıdakıları təmin edir:

  • Kompleks sığorta mühafizəsini
  • Etibarlı şirkətlərdə risklərin təkrarsığortalanması
  • Operativ xidmət
  • Şərtlər dəyişildikdə, Sığortalının maraqlarının nəzərə alınması

A-QROUP Sığorta şirkəti ilə əməkdaşlıq aşağıdakılara zəmanətdir:

  • Vurulan gerçək zərərin həcmində ziyanın tam dəyərinin vaxtlı vaxtında ödənilməsi;
  • Sığorta sahəsində məsələlər üzrə mütəxəssislərin pulsuz məsləhətləri
  • Əmlakın bərpası üçün təmir və tikinti təşkilatlarının seçimi
  • Ziyanlar baş verdikdə, hüquqi dəstək
  • Sığorta məqsədləri üçün obyektlərin pulsuz qiymətləndirilməsi
  • Hər müştəriyə fərdi yanaşma

Əmlakınızı sığortalamağın əsl vaxtıdır!

Əmlak sığortası üzrə tam qaydaları bu link vasitəsi ilə yükləyə bilərsiniz.