Tibbi sığorta paketi — AİLƏ (AZE) « A-group sığorta şirkəti

Tibbi sığorta paketi — AİLƏ (AZE)

AILƏ - Hər bir ailəyə əlçatan sığorta
Tibbi sığorta artıq əlçatan oldu. Hər AILƏ üzvünə görə 333 AZN-dən başlayan sığorta haqqı ödəməklə Siz öz doğmalarınızı
əhəmiyyətli maliyyə xərclərindən qorumuş və xəstəliyin aşkar olunduğu halda sağalmanın şansını artırmış olursunuz. 
Bu proqram AILƏ üzvləri 3 nəfər və daha çox olan ailələr üçün nəzərdə tutulub. 
Hər sığortalı AILƏ üzvü üçün 10,000 AZN (illik) sığorta təminatı.

“AILƏ” PROQRAMI:

✓ Təcili tibbi yardım
✓ Ambulator müalicə
✓ Stasionar müalicə + Cərrahi əməliyyat
✓ Təcili və planlı stomatologiya
✓ Medikamentoz təchizat
✓ Təcili vaksinasiya və qrip əleyhinə vaksinasiya
✓ Fizioterapiya və tibbi massaj prosedurları
✓ “A-Qroup Mobile Concierge” mobil tətbiqində bircə SOS düyməsini basmaqla sığorta şirkəti ilə təcili əlaqə ilə 
təmin olunursunuz. Bir düyməni basmağınız kifayət edir ki, A-Qroup-un çağrı mərkəzinin operatorları Sizin köməyə
ehtiyyacınızın olduğunu, Sizin geolokasiyanızı görsün və MediClub-ın həkim briqadasını dərhal yanınıza göndərsin
✓ Sualların operativ həlli üçün müasir çağrı mərkəzi (24/7)
✓ Fərdi sığorta ilə müqayisədə 25%-ə qədər qənaət
✓ Hissə-hissə ödəniş imkanı

Və xəstəlikləri ilkin mərhələdə aşkar edən PULSUZ Check-Up:

• Terapevtin müayinəsi
• Qan və sidiyin ümumi analizi
• EKQ
• Qarın boşluğu USM
• Döş qəfəsinin rentqen müayinəsi
• Şəkər və xolesterinin analizi (şəkər diabeti və ürək-damar xəstəliklərini ilkin mərhələdə təyin etmək məqsədi ilə) 
• Hepatit B və C müayinəsi
• Ən çox yayılan xərçəng xəstəliklərini aşkar edən laborator analizlər (Prostat, yumurtalıqların və uşaqlığın xərçəngi)

AILƏ SIĞORTA PROQRAMININ ÜSTÜNLÜKLƏRİ:

• Sualların operativ həlli üçün nəzərdə tutulmuş 24 saat məsləhətçi-dispetçer xidməti
• Fərdi sığorta ilə müqayisədə 25%-ə qədər qənaət
• “Ailə” proqramının alışı zamanı hissəli ödəniş imkanı verilir.

İSTİSNALAR

Qeydlər:
Son sığorta haqqı sığortalının yaşı və sağlamlıq vəziyyətinə uyğun doldurulmuş ANKET əsasında müəyyənləşdirilir
“Ailə” proqramı sağlamlığa proqressiv yanaşmadır.