“A-Qroup Sığorta Şirkəti” ASC - Mühasib vakansiyası

Əmək funksiyaları

Əmək funksiyaları:
•  Gündəlik mühasibat əməliyyatlarının (mədaxil, məxaric, ödəniş sənədləri və s.) uçotunun aparılması

• Mühasibat sənədlərinin (qaimə-faktura, hesab-faktura, müqavilələr və s.) düzgünlüyünün yoxlanılması və sistemə daxil edilməsi

•  Bank əməliyyatlarının və ödəniş tapşırıqlarının hazırlanması və izlənməsi

•  Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və vaxtında təqdim olunması

•  Gəlir və xərc sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi

•  Rəhbərliyə dövri maliyyə hesabatlarının təqdim olunması

•  Mühasibat proqramında (İnsure.az) işləmək və məlumatların dəqiq daxil olunmasına nəzarət

•  Audit yoxlamaları zamanı lazımi sənədlərin hazırlanması və təqdim olunması

•  Maliyyə əməliyyatları zamanı şirkət daxili qayda və prosedurlarına riayət edilməsi

Tələblər

Tələblər:

•  Sığorta sahəsində mühasibatlıq üzrə iş təcrübəsi üstünlük kimi qiymətləndirilir;

•  Peşəkar mühasib sertifikatına malik olmağı mütləqdir;

•  Insure.az proqramında işləmək bacarığı əlavə üstünlükdür;

•  MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı vacibdir;

•  Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, digər xarici dillərin (xüsusilə rus və ya ingilis dili) biliyi arzuolunandır;

•  Azərbaycan Respublikasının Vergi Məcəlləsi, mühasibat uçotunun təşkili və aparılması ilə bağlı normativ hüquqi aktlar üzrə dolğun biliklərə sahib olmalıdır.

Əlaqə məlumatları

Maraqlanan şəxs CV-ni, mövzuda “MÜHASİB” qeyd etməklə, [email protected] mail ünvanına göndərə bilər.

CV -ni bizə göndərin

Müraciətiniz qəbul olundu
+994