“A-Qroup Sığorta Şirkəti” ASC-ya HƏKİM-KOORDİNATOR tələb olunur.

Əmək funksiyaları

İş barədə məlumat:

İş rejimi 2 növbəlidir, Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat Tibbi sığorta qarşılanır.

 

Vəzifə öhdəlikləri:

•    Çağrı Mərkəzinə bütün əlaqə vasitələrindən daxil olan (zənglər, WhatsApp, mail, sms, mobil tətbiq, websayt) müştəri sorğularının operativ cavablandırılmaq;

•    Xidmətin keyfiyyətini təkmilləşdirmək üçün müştəri rəylərini toplamaq. Müştərilərin etibar və etimadını qazanaraq onlarla məhsuldar tərəfdaşlıq münasibətləri qurmaq və qoruyub saxlamaq;

•    Çağrı Mərkəzinə müraciət edən sığortalının şikayətlərini dinləyərək düzgün yönləndirilmək;

•    Şirkətin çağrı mərkəzinin bazasında tələb olunan məlumatların  qeydiyyata almaq;

•    Klinikalardan, aptek və optikalardan daxil olan sorğuların (zəng və ya modul vasitəsi ilə) sığorta planı və daxili prosedur qaydalarına əsasən cavablandırmaq;

•    Həkim-koordinatorun səlahiyyətindən xaric məsələləri daxili qaydalara əsasən (qırmızı və sarı kod) vaxtında səlahiyyətli şəxsə ötürmək;

•    Klinikalarda hospitalizasiyanın, daşınmanın, təcili yardımın təşkil olunmasını təmin etmək, əməliyyata ehtiyac olduqda  ekspertləri məlumatlandırmaq;

•    Rəhbərlik tərəfindən verilmiş reyestrləri və yeni sığortalıların siyahılarının bazaya daxil etmək;

•    Fəaliyyəti ilə əlaqədar  hesabatlar hazırlanmaq və müvafiq əməkdaşlara təqdim etmək;

•    Problemləri vaxtlı-vaxtında müəyyənləşdirmək və həll yollarını müəyyən etmək;

•    Yenilikçi olmaq, işlərin daha yaxşı aparılması üçün təkliflər vermək;

Tələblər

Tələblər:
•    Alı Tibb Təhsili;

•    Sığorta sahəsində təcrübə arzuolunandır;

•    Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);

•    Güclü ünsiyyət qurmaq bacarığı;

•    Müştəri yönümlü, stressə davamlı;

•    MS Office proqramlarını yaxşı bilmək;

•    Komandada işləmək bacarığı;

•    Detallara diqqət yetirmək bacarığı.

Əlaqə məlumatları

Maraqlanan şəxs CV-ni, mövzuda “HƏKİM-KOORDİNATOR” qeyd etməklə, [email protected] mail ünvanına göndərə bilər.

CV -ni bizə göndərin

Müraciətiniz qəbul olundu
+994