Risklərin idarəedilməsi şöbəsinin rəhbəri

Əmək funksiyaları

•    Sığortaçının risk profilini və risklərin idarə edilməsi sisteminin effektiv işləməsini təmin etmək və bu barədə rəhbərliyə mütəmadi məlumat vermək.

•    Risk iştahası bəyannaməsi, risklərin idarə edilməsi siyasətləri və icra prosedurlarını hazırlamaq və yeniləmək.

•    Riskin ölçülməsi modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak etmək və nəticələr üzrə təhlillər aparmaq.

•    Sığortaçının maliyyə dayanıqlılığı və risklərin limitlər daxilində qalmasına nəzarət etmək.

•    Risklərin vaxtında müəyyən edilməsi və tədbir görülməsi üçün erkən xəbərdarlıq sistemlərini qurmaq və idarə etmək.

•    Strateji layihələr, böyük investisiyalar və sığortaçının yenidən təşkili ilə bağlı riskləri qiymətləndirmək və rəhbərliyə məsləhətlər vermək.

•    Hər bir struktur bölmə üzrə risk limitlərini izləmək və ümumi risklərin müəyyən edilmiş çərçivədə qalmasına nəzarət etmək.

Tələblər

•    Maliyyə, hüquq ixtisası üzrə ali təhsil;

•    Risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi üzrə azı 4 (dörd) illik peşəkar iş təcrübəsi;

•    Azərbaycan dilində səlis, ingilis dilində yüksək, rus dilində isə orta səviyyədə danışıq və yazı bacarığı;

•    MS Office proqramlarından, xüsusilə Word və Excel-dən yüksək səviyyədə istifadə bacarığı;

•    Güclü analitik düşünmə, risklərin qiymətləndirilməsi və qərarvermə bacarığı;

•    Diqqətcil, məsuliyyətli və detallara önəm verən iş yanaşması;

•    Komandada işləmək və struktur bölmələrlə effektiv əlaqə qurmaq bacarığı;

İş şəraiti

•    İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00

•    Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir

•    Tibbi sığorta təmin olunur

•    Əmək haqqı: Razılaşma yolu ilə

•    İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3

Əlaqə məlumatları

Maraqlanan şəxs, mövzuda "RİSKLƏRİN İDARƏEDİLMƏSİ” qeyd etməklə, CV-ni [email protected] email ünvanına göndərə bilər.

 

CV -ni bizə göndərin

Müraciətiniz qəbul olundu
+994