*0909
RU

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə

09.06.2026

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə A-Qroup-da, ənənəvi olaraq, əməkdaşların uşaqları ilə birlikdə bayram tədbiri keçirildi. Bu il tədbir maraqlı master-klass formatında təşkil olundu. Gözəl animasiya rəssamları uşaqlara cizgi filmlərinin necə yaradıldığını — ilk eskizlərdən başlayaraq obrazların canlanmasına qədər — əyani şəkildə göstərdilər. Bu, yaradıcılıq, sevinc və pozitiv emosiyalarla dolu, həqiqətən ilhamverici bir gün oldu. Maraqlı görüş və xoş enerji üçün təşəkkür edirik!